Kəmaləddin Heydərov sel təhlükəsindən danışdı…

0
56
“Azərbaycanda suların idarə olunması vəziyyəti nəzarət altındadır. Heç bir təhlükə yoxdur”. www.zerdab.com saytının məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Kür çayının rayonlardan keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin bazalarının tikintisi yekunlaşır. Sahil bərkidən və dib təmizləyən gəmilər artıq öz işlərini görürlər: “Gələcəkdə sel təhlükəsi olsa belə, sahilyanı kəndlər heç bir təhlükəyə məruz qalmayacaqlar”.

www.zerdab.com