Əslən Zərdabdan olan həkim koronavirusdan dünyasını dəyişdi – Fotolar

0
86

Əslən Zərdab rayonundan olan həkim koronavirusdan dünyasını dəyişib. Belə ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin həkimi Məmişova Rəna Elman qızı virusdan vəfat edib.
Bu barədə Zerdab.com saytına mərhumun yaxın qohumu Şəlalə Hacıyeva məlumat verib.
Rəna Məmişova bir neçə ay imiş ki, koronavirusa yoluxan xəstələrin müalicə prosesində iştirak edirmiş.
O, əslən Zərdab rayonunun Bıçaqçı kəndindən idi. Belə ki, onun hər iki valideyni Zərdab rayonunun Bıçaqçı kəndindəndir və Mingəçevir şəhərində yaşayıblar.
Mərhumun 2 qız övladı var.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Zerdab.com