2004-cü ildən fəaliyyət göstərən “Zərdab Mehmanxana” ASC ləğv olunur.
Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ötən gün qərar qəbul edib.
Qeyd edək ki, kreditorlar tələblərini iki ay ərzində Zərdab rayonu, Zərdab şəhəri, 20 Yanvar küçəsi, ev 5 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Zərdab Mehmanxana” ASC-nin nizamnamə kapitalı 28 470 manatdır.