Zərdablı İsfəndiyar balıq satırmış. Bir müştəri yaxınlaşıb soruşur:
– Ay İsfəndiyar, balıq təzədir?
– Hə.
– Bəs niyə tərpənmir?
– Yatıb.
– Bəs niyə iy gəlir?
– Tövrünü pozmayan İsfəndiyar deyir:
– Ə, yekə kişisən, sən yatanda özündən xəbərin olur? 🙂
———————————————————————————
***
Zərdablı İsfəndiyar hər səhər bazara gedəndə qonşunun iti onun qarşısına çıxırmış. Hər dəfə də İsfəndiyar itə çörək atırmış. İt də onun əl-ayağını yalaq-yalaq edirmiş. Bunu görən İsfəndiyar deyir:
– Ruqiyyənin burnundan gəlsin, 30 ildir çörək verirəm, bircə dəfə də olsun məni düzəməlli öpməyib. 🙂
————————————————————————————–
***
Bir dəfə Zərdablı İsfəndiyarı kiçik bir xata üstündə həbs edirlər. Üç sutka verirlər. Bu üç gündə İsfəndiyara o qədər iş buyururlar ki, “qapını süpür”, “otaqları yu”, “tualeti təmizlə”. Bütün bunlardan bezən İsfəndiyar növbətçi milisə deyir:
– Əşi, elə belə edirsiniz ki, bu xarabaya bir adam gəlmək istəmir də… 🙂
www.zerdab.com