Zərdabda karantin rejimini pozan şəxs həbs edilib

1
69
zerdab-vakansiya-isci-axtarilir

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Zerdab.com saytına verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları karantin rejiminə əməl etməyən və qaydaları kobud şəkildə pozan vətəndaşlara qarşı reydlər həyata keçirir. Belə ki, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib.

Nəticədə polis şöbəsinin əməkdaşları tərəfindən son bir gün ərzində 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib, bir nəfər barəsində 10 sutkalıq həbs cəzasının verilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırda rayon polis şöbəsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

1 comment

  1. Polisin sutkalıq vermək səlahiyyəti yoxdur.Zərdab polisinin isə hec yoxdur.Ona görə ki,qanunlarla yox,şərləmə və tapşırıqla əməliyyat qurmaqdan başqa əllərindən heç nə gəlmir.Hətta bəzi zabitlər izahat yazmağı belə bacarmır.Onlara kim və nə vaxt səlahiyyət verib ki,karantin rejimini pozanları cərimə etsin və ya sutkalıq həbs etsinlər.Belə məlumatı da mətbuata ötürsünlər.Xahiş edirəm Zərdab RPŞ-nin səlahiyyətlilərindən soruşun görək onların belə səlahiyyətləri varmı?!

Comments are closed.