Azərbaycanda koronavirusa yoluxanların rayonlar üzrə statistikası açıqlandı – SİYAHI

0
57

Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib. Zerdab.com saytı Koronainfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Bakının digər rayonları üzrə göstəricilər:

Xətai rayonu – 13,  Səbail rayonu- 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2, Qeyri-müəyyən – 6

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan  98 nəfəri isə ölkə xaricindən gələnlərdir. 

Digər bölgələr üzrə göstəricilər:

Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar  koronavirusinfo.az saytında yayımlanıb.

Zerdab.com