Zərdab rayonunun Şahhüseynli kəndində toyda 2 nəfər bıçaqlanıb.
Zerdab.com saytı xəbər verir ki, 2 kənd sakinini aralarında düşən mübahisə zamanı elə öz həmkənliləri bıçaqlayıb.
Kənd sakinləri Qarazadə Şəmsi Böyükəli oğlu, Qarayev Rəşad Qara oğlu toy məclisində Babayev Əqdəm Abdulməcid tərəfindən bıçaqlanıblar.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Belə ki, onlar əvvəlcə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ancaq daha sonra Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.