Dünən gecə saatlarında Zərdab rayonunun Qoruqbağı kəndində Hakim Kərimova məxsus həyətyanı sahədə tövlə və ot bağlaması yanıb.
Zerdab.com saytı xəbər verir ki, həmin gün Hakim Kərimovun yeganə oğlunun toyu imiş.
Toy qonşu kənddəki “Eldayaq” şadlıq evində keçirilib.
Şadlıq edində toy məclisi saat 21 radələrində başa çatıb və məclis qonaqların iştirakı ilə kənddəki ata evlərində davam etdirilib.
Yanğın da elə gecə saatlarında başlayıb.
Yanğın kənd sakinlərinin köməkliyi ilə yanğından mühafizə bölmələrinin əməkdaşları tərəfindən söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda Qoruqbağı kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının yandığı bildirilib.