3 dövlət qurumunun rəhbər şəxsi Zərdab sakinlərinin problemlərini dinləyəcək – Görüş tarixi

0
58

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.

Zerdab.com saytı cədvələ istinadən xəbər verir ki, mart ayında 3 dövlət qurumunun rəhbər şəxsləri Zərdab sakinləri ilə də görüşəcək.

Görüşün keçiriləcəyi yer və ünvanlar barədə məlumatları təqdim edirik.

Mart ayının 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Bərdədə bu rayondan və Yevlax, Tərtər və Zərdab rayonundan olan vətəndaşlarla görüşəcək.

Mart ayının 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev
Zərdab rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev isə martın 27-də Zərdab rayonunda vətəndaşlarla görüşəcək.

Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən təşkilatların səlahiyyətlərinə aid olmalıdır.