Zərdabda güclü külək fəsadlar törədib.
Zerdab.com saytı Avropa.info-ya istinadən xəbər verir ki, güclü külək rayon mərkəzində yaşayış binasının damını uçurub.
Zərdab şəhərinin Azərbaycan küçəsindəki ikimərtəbəli yaşayış binasının dam örtüyünü tamamilə dağıdıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, şəhər icra nümayəndəsi Hafiz Kərimov, KMK müdiri Natiq Hüseynov, MİS-in rəisi Kamil Ağayev hadisə yerində olublar.
Binanın dam örütüyünün bərpası üçün işlər görülür.