Zərdabda şəhidin dəfninə minlərlə insan axışdı – Şəhid Gəlmə kəndində dəfn olundu

1
180

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə Zərdab rayonunda vida mərasimi keçirilib.

Qeyd edək ki, şəhidin ailəsi Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində məskunlaşıb. Ona görə də vida mərasimi həmin binanın həyətində keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin cənazəsi Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Məlumat üçün bildirək ki, İ. Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi illərdir məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

İ. Vəliyevin atası Ələmşah Vəliyev uzun müddətdir xəstəlikdən əziyyət çəkir.


1 comment

Comments are closed.