Həmyerlimiz Bakcell-in siması oldu

4
58

Azərbaycanın əməkdar artisti, aktrisa və aparıcı Dilarə Əliyeva Bakcell şirkətinin DoğmaCİN tarif planının siması olub. Dilarə Əliyeva Bakcell-in DoğmaCİN tarif planının daha geniş əhali kütləsinə çatdırılması üçün reklam kampaniyasının əsas qəhrəmanıdır. Onun iştirakı ilə arıq Gəncə, Lənkəran və Şəkidə reklam çarxları çəkilib. Təqdimatda D. Əliyeva Bakcell-in rəhbərliyinə ünvanladığı “Niyə məni seçdiniz?” sualına şirkətin Marketinq direktoru Aynur Abjanova belə cavab verib: “Regionlarda əhali arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, siz respondentlər tərəfindən ən məşhur və inanılan incəsənət nümayəndəsi kimi qiymətləndirildiniz, ona görə də seçimimiz siz oldunuz”.
Layihə çərçivəsində D. Əliyeva ən ucqar regionlar daxil olmaqla respublikanın 9 bölgəsinə səyahət edəcək, yerli əhali ilə təmasda olacaq və DoğmaCİN tarifinin üstünlüklərini nümayiş etdirəcək, onlara Cin nömrə və kontur kartı hədiyyə edəcək. Məlumat üçün qeyd edək ki, Dilarə Əliyevə 1972-ci il oktyabrın 27-də Sumqayıt şəhərində anadan olub. Atası Zərdab rayonundandır.

4 ŞƏRH

Comments are closed.