92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçicilərlə görüşlərini davam etdirir.
Zerdab.com saytı xəbər ki, millət vəkilinin budəfəki görüşləri, yanvarın 22-də Zərdabın Qaravəlli, Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Dəliquşçu kəndlərinin sakinləri ilə görüşləri də izdihamlı və çoşqulu keçib.
Görüşdə çıxış edən kənd sakinləri başqaları ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.
Sakinlər son 15 ildə deputatın onları MM-də layiqincə təmsil etdiyi, Zərdabın problemlərini dönə-dönə səsləndirdiyi üçün təşəkkür ediblər.
Xatırladaq ki, bundan bir xeyli müddət əvvəl rayonun Dəkkəoba kəndinin bir qrup sakini deputata müraciət edərək, kəndin əkin sahələrinin suvarılması üçün ayrıca su kanalının çəkilməsi məsələsini aidiyyatı orqanlar qarşısında qaldırılmasını millət vəkilindən xahiş etmişdilər.
Sevindirici haldır ki, bu məsələ artıq özünün müsbət həllini tapıb. Belə ki, deputat daha əvvəl-2018-ci ildə parlamentdə büdcə müzakirələri zamanı bu məsələnin 2019-cu ilin büdcəsinə daxil olunmasını xahiş etmişdi.
Deputat həmçinin, ötən il də (2019-cu ildə də) bu məsələ ilə bağlı Baş nazir Əli Əsədova müraciət etmiş və onun müraciəti diqqətə alınmışdır.
Artıq bununla bağlı Meliorasiya və Su təsərrüfatı ASC-nin mütəxəssisləri Dəkkəoba kəndinə gəliblər və bugünlərdə bu məsələnin reallaşdırılmasına başlanılacaq.
Kənd sakinləri buna, eləcə də, kənd və rayon əhəmiyyətli digər işlərinə görə, millət vəkilinə xüsusi təşəkkürlərini bildiriblər.
Eyni zamanda, ağr vəziyyətdə olan Dəliquşçu orta məktəbinin təmir edilməsi məsələsinin plana salınması üçün göstərdiyi dəstəyə görə, kənd sakinləri, ziyalılar deputata öz minnətdarlıqlarını ifadə ediblər.
Həmçinin, seçicilər Kür çayının daşması ilə bağlı Zərdabın ziyan çəkmiş kəndlərini bir-bir gəzib dolaşdığına, su altında qalan evlərlə, mənzillərlə bir-bir yerində tanış olduğuna və bu vəziyyətin aradan qaldırılması üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırdığına görə, millət vəkilinə təşəkkürlərini çatdırıblar.
Dəkkəoba kənd orta məktəbinin direktoru Səlim Zeynalov bu işdə göstərdiyi köməyə görə, deputata xüsusi təşəkkürünü bildirib.
Qaravəlli kənd orta məktəbinin müəllimi Kərim Məmmədov, Dəliquşçu kənd orta məktəbinin müəllimi Şirinbacı Qəhrəmanova deputata hələ 2005-ci ildə səs verdiklərini, onun yanında olduqlarını, dəstəklədiklərini bildiriblər.
Onlar deputata münasibətdə bu gün də fikir və mövqelərini dəyişmədiklərini, ötən 15 il ərzində ona inandıqlarını, J. Əliyevanın da öz növbəsində bütün addımları ilə onların yanında olduğunu çıxışlarında dilə gətiriblər.
Seçicilər xüsusilə, Zərdab-Mollakənd yolunun yenidən qurulmasının hələ deputalığa namizəd kimi, 2005-ci ildə J. Əliyevanın seçki platformasında əksini tapdığına və daha sonra bu yolun təmir edildiyinə görə, millət vəkilinə təşəkkürlərini bildiriblər.
Sonra yenidən bərbad vəziyyətə düşən bu yolun növbəti-ikincə dəfə bərpası, təmiri məsələsini qaldırdığına və artıq bu yolunun yenidən tikintisinə başlanılmasına görə, ölkə Prezidentinə, adiyyatı qurumlara, o cümlədən, millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər.
Jalə Əliyevanın həmçinin Zərdabın Məlikli, Sarıqaya, Qoruqbağı və Burunlu kəndlərinin sakinləri ilə Qoruqbağı kəndində baş tutan görüşü də izdihamlı və çoşqulu keçib.
Hər 4 kənddə qazlaşdırma, elektikləşdirmə işləri başa çatıb, yeni transformatorlar quraşdırılıb.
Xüsusilə, iki kənddə-Məlikli və Sarıqaya kəndlərində bir neçə il öncə qazlaşdırma ilə bağlı yaranmış problem həll olunub. Problem isə ondan ibarət olub ki, bu iki kənddə yerləşən evlərin bir hissəsi Kür çayının mühafizə bəndinin mühafizə zolağında yerləşir.
Ona görə bu evlərin qazlaşdırılmasını həyata keçirmək mümkün olmayıb. Ancaq deputatın Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Nazirlər Kabinetinə müraciətindən sonra mühafizə bəndinin istiqaməti dəyişdirilib, bəndin yolu tamamilə başqa istiqamətdə qurulub. Bundan sonra evlərin qazlaşdırılması mümkün olub.
Ötən müddətdə həmçinin, adıçəkilən kəndlərə su bulaqları çəkilib.
Məlikli kəndində yerləşən kənd sahə xəstəxanası 2018-ci ildə təmir olunub. Burunlu kəndində modul tipli yeni məktəb binası tikilib.
O cümlədən, 2011-cı ildə Qoruqbağı kəndində uşaq bağçası tikilib istifadəyə verilib. Məlikli kəndində “Maralçıxan” deyilən ərazidə millət vəkilinin təşəbbüsü ilə su nasosu quraşdırılıb.
Onu da qeyd edək ki, adları çəkilən kəndlər hazırda əsaslı tikinti-təmir işləri aparılan Zərdab-Ağcabədi yolunun üstündə yerləşən kəndlərdir. Vaxtilə yolun bərbad olması üzündən gediş-gəliş cətin olan bu kəndlərə artıq qısa zaman kəsiyində gedib-gəlmək mümkünləşib, rahatlaşıb.
Odur ki, görüş iştirakçıları görülən bu işlərə görə, ölkə Prezidenti başda olmaqla, aidiyyatı qurumlara və şəxslərə, eləcə də, bu məsələləri davamlı şəkildə çıxışlarında dilə gətirdiyinə və onların həllinə nail olduğuna görə, millət vəkilinə öz dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə çıxış edən Qoruqbağı kənd sakini Rövşən Xəlilov və Məlikli kənd sakini Nüranə Hüseynova deputatlığa namizədi dəstəklədiklərini, 9 fevtalda ona səs verəcəklərini biuldiriblər.
Həmçinin, deputatlarına kənd və rayon üçün gördüyü işlərə, fərdi qaydada insanların problemlərinin həllinə yaxından köməklik göstərdiyinə görə, minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, bütün görüşlərdə millət vəkilinin fəaliiyətindən bəhs edən videoçarx da nümayiş olunur.
Millət vəkilinin növbəti görüşləri, Zərdabın Pərvanlı, Məmməqdqasımlı, Lələağacı, Gödəkqobu və Yarməmmədbağı kəndinin sakinləri ilə Pərvanlı kəndində olub.
Görüşdən əvvəl isə deputatlığa namizəd tərəfindən Pərvanlı kəndində 1995-ci ildə şəhid olmuş Emin İbadovun evi, ailəsi ziyarət olunub.
Şəhidin ailə üzvləri ilə çay süfrəsi arxasında səmimi söhbət olub.
Onu da qeyd edək ki, şəhidin ailəsinin yaşadığı küçə onun-Emin İbadovun adını daşıyır.
Şəhid ailəsini ziyarətdən sonra deputatlığa namizədin seçicilərlə görüşü keçirilib
Bu görüşə əvvəlki görüşlərdən də daha çox sayda insan qatılıb.
Bu görüş deputatla seçicilər arasında yaranan etimad, etibar, ünsiyyət körpüsünün bariz nümunəsinə çevrilən və isti ortamda keçən bir görüş olub.
Görüşdə çıxış edən kənd sakinləri ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.
“Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır”.Bunu isə çıxışı zamanı deputatlığa namizədin vəkil Böyükkişi Qasımov səsləndirib.
Vəkilin deputatlığa namizəd haqda səsləndirdiyi bu söz isə görüş iştirakçıları tərəfindən gur alqışlarla qarşılanıb və onlar bir nəfər kimi “Biz onun zəhmətini bilirik və mütləq qiymətini alacaq”-deyiblər.
Görüşdə millət vəkilinin MM-dəki fəaliyyətini əks etdirən vidofilm nümayiş etdirilib.
Görüşdən sonra isə uzun müddət davam edən xatirə fotoları çəkdirilib.