Azərbaycan Gənclər Fondu (AGF) bölgələrdə təqdimatlarını davam etdirir. Fondun mətbuat xidmətindən www.zerdab.com saytına bildiriblər ki, artıq Gəncə şəhərində, Quba, Qəbələ, Salyan, Sabirabad və Bərdə rayonlarında təqdimatlar keçirilib. Təqdimatları AGF-nin layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparıblar. İyunun 14-də isə növbəti təqdimat Göyçay rayonunda olub. Tədbirdə Zərdab rayonundan olan gənclərə də fond haqqında məlumat verilib.
www.zerdab.com