Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif bölgələrindən məktublar gəlməkdə davam edir.
Zerdab.com saytı dövlət başçısının rəsmi saytına Zərdab rayonundan göndərilmiş 2 məktubun mətnini olduğu kimi təqdim edir.
“Çox hörmətli cənab Prezident.
Zərdab rayonunun avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işləri alqışlayırıq. Ağsu-Kürdəmir-Zərdab yolunun tikintisi məqsədilə vəsait ayrılması barədə Sərəncamınız bizi növbəti dəfə sevindirdi. Yollarımız yenidən qurulduqca insanların gediş-gəlişi, təsərrüfat işlərinə marağı artır və nəticədə onların daha firavan yaşayışı təmin edilir.
Möhtərəm cənab Prezident, Zərdaba və onun əhalisinə göstərdiyiniz böyük diqqət və qayğıya görə Dəkkəoba və Nəzəralılı kəndlərinin sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın daha da çiçəklənməsi üçün fəaliyyətinizdə yeni uğurlar arzu edirik.
Hörmətlə,
İsayev Ramiz Mirzağa oğlu,
Əhmədova Amaliya Ramazan qızı, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Zərdab rayonu”.
Digər məktub isə belədir:
“Hörmətli cənab Prezident.
Ölkəmizin bütün bölgələrində avtomobil yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər aparılır. Bu sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində Azərbaycan dünyada ən yaxşı yollara malik ölkələrlə bir sırada durur.
Hər il yüzlərlə kənd və qəsəbədə yollar təmir olunur, yeni yollar çəkilir. Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması və əsaslı tikintisi üçün vəsait ayırmağınız da bu qəbildən olan işlərin davamıdır. Bu addımınız yolun keçdiyi ərazidə yaşayan minlərlə sakinin sevincinə səbəb oldu.
Bütün bunlara görə Zərdab rayonunun sakinləri adından təşəkkür edir, Sizə və ailənizə cansağlığı, daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Əhmədov Müstəcəb Əzim oğlu
Kərimova Vüsalə Kamil qızı.
Azərbaycan Respublikası, Zərdab rayonu”.