Zərdabda elektrik naqillərini oğurlayan şəxslər yaxalanıblar.
Zerdab.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları avqustun 31-də rayondakı MMC-lərdən birinə məxsus elektrik yarımstansiyasından dörd top elektrik naqili oğurlayan Gəlmə kənd sakini A.Şirinov, Saatlı rayon sakini N.Alışov və İmişli rayon sakini S.Feyzullayevi yaxalayıblar.
Faktla bağlı araşdırmalar davam edir.