Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzi Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, müraciətlə əlaqədar Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Həmin avtomobil təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.
Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.