Zərdab rayon sakinindən sənədləri olmayan odlu silah götürülüb.
Bu barədə Zerdab.com saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gödəkqobu kənd sakini A. Əliyevin evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.