Zərdab rayon Mədəniyyət Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Bu günün körpəsi, sabahın gənci” adlı tədbir təşkil olunub. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə şəhər 1-2 saylı körpələr evi, uşaq bağçasının körpələri, müəllimlər, şagirdlər iştirak edirdilər.
Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Əlniyyət Əliyev, şair Mübariz Səfiyaroğlu çıxış edərək uşaqları təbrik ediblər. Uşaqların ifasında şeirlər, mahnılar səsləndirilib.
Sonda körpələr və Mədəniyyət Mərkəzinin tədbirlərində yaxından iştirak edən bir qrup şagirdlər Mərkəzin kollektivi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.