Yay vaxtı bir xeyli müddət dalbadal yağış yağır. Zərdabda havalar çiskinli, dumanlı və çox sərin keçir. Bunu görən Zərdablı İsfəndiyar deyir:
– Kəlbəcərin özünü ala bilməsək də havasını almışıq. Yamanlıq ermənilərə qaldı 🙂
—————————
***
İsaqbağlı Fətulla kişi Bakıda gəzirmiş. Görür ki, bir neçə nəfər bir qızı soyur. Qız Fətulla kişini görən kimi qışqırır:
– Ay dayı, kömək elə.
Ətrafda Fətulla kişidən başqa heç kim yox imiş. Fətulla kişi işinin çətin olacağını görüb deyir:
– A bala, elə dayın da arvad kimi şeydir :-)))
————————-
***
Zərdablı Şahmurad şəhərdə maşınla gedirmiş. Üz-üzə gələn maşının şoferi saxlayıb Şahmurada qışqırır.
– A kişi, görmürsən, yol mənimkidir?!
Şahmurad təəccüblə:
– Ə, yol dədəndən qalıb?
www.zerdab.com
Maraqli letifelerdi :))
Qələminə hörmət etdiyim Nicat bəy! Xahiş edirəm İsbəndiyarın lətifələrin çoxaldasınız. İmkan daxilində.
Hemyerlimiz merhum Mohtesim dayi ile bagli sirin letifeler dillerde gezir.Hormetli Nicat muellim menim fikrimce onlardan da yerlesdirmek olar/Cox maraga sebeb olacaq.
Comments are closed.