Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı general Fərəc bəy Ağayevi rus imperatoru I Nikolay oğulluğa götürübmüş. Lakin ölümündən əvvəl o, ad və soyadının nekroloqda düzgün yazılmasını və müsəlman kimi dəfn olunmasını xahiş etmişdir.
Zərdablıların hər sahədə adlı-sanlı nümayəndəsi var. O cümlədən də hərbi sahədə. Məsələn, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Məlik Məhərrəmov, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-mayor Çingiz Məmmədov. Bunlardan çox-çox əvvəl isə Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı, general-leytenant Fərəc bəy Ağayev görkəmli hərbçi olmuşdur. 1858-ci ildə H.B.Zərdabi Şamaxıda IV sinfi əla qiymətlərlə bitirərkən onun təhsilini Tiflisdə davam etdirməsi məsələsi ortaya çıxır. Lakin balaca Həsənin böyük qardaşı, ata əvəzi onun Tiflisdə oxumasına razı olmur ki, Həsən hələ çox balacadır. Məktəb direktoru belə bir zəkanı, istedadı itirməmək məqsədilə Qafqaz Təhsil İdarəsinin müdiri Aleksandr Pavloviç Nikoliyə xahiş edir ki, bu məsələni yoluna qoymaq üçün Tiflisdə yaşayan, Həsən bəyin atası praporşik Səlim bəyin dayısı, general-leytenant Fərəc bəy Ağayevi işə qatsın. Baron Həsən bəyin istedadına heyran olduğundan məsələni yoluna qoyacağına söz verir və sözünə də əməl edir. O Tiflisə qayıdan kimi general Fərəc bəy Ağayevlə görüşür, bacısının nəvəsi barədə ona danışır. Fərəc bəy balaca Həsəni öz himayəsinə götürür və Tiflisdə oxumasına şərait yaradır.
Bəs, Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı general-leytenant Fərəc bəy Ağayev kimdir? Bu şəxsiyyət barədə ilk yazılardan birinə 1873-1874-cü illərdə “Kavkazski kalendar” illik məcmuəsində rast gəlinir. Qafqaz Əlahiddə ordusunun generalları sırasında onun adı “Nikolay Nikolayeviç Ağayev” kimi gedir. Məsələ burasındadır ki, 1844-cü ildə Rusiya imperatoru I Nikolay və arvadı Mariya Aleksandrovna bu yaraşıqlı zərdablı oğlanı xaç suyuna salıb oğulluğa götürmüşdülər. Fərəc bəy uzun müddət Peterburqda xidmət etmiş, padşahın rəğbətini qazanmışdı. Tiflisdə hamı ona “Rus Ağayev” deyə müraciət edirdi. Lakin ölümqabağı o, ad-familinin nekroloqda düzgün yazılmasını və müsəlman kimi basdırılmasını xahiş etmişdi.
Fərəc bəy Ağayev 1811-ci ildə anadan olmuşdur. Uşaq ikən Tiflisə gedərək kadet korpusunda ilk hərbi təhsil almışdır. 1837-ci ildə Qafqaz əlahiddə ordusu müsəlman korpusunun müsəlman süvari polkunda xidmət edir. Xidmətinin 7-ci ilində ən yaxşı qvardiya rotmestri Fərəc bəy eskadron komandiri olmuşdur. Sonra o, Peterburqda I Nikolayın xüsusi qvardiya polkunun leybqvardiya komandiri təyin olunur. Elə burada da imperatorun və arvadı Mariya Aleksandrovnanın sevimlisi olur.
Fərəc bəy qeyri-adi qabiliyyəti ilə 10 ildə polkovnik rütbəsinə qalxır. 1850-ci ilə qədər Peterburqda xüsusi qvardiya kazak polkunda qüsursuz xidmətinə görə həmin il əlahiddə qafqaz ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi başlayanda o, azərbaycanlı igidlərdən ibarət süvari alayı təşkil edir, özü də komandir olur. Kürəkdərə döyüşündə 60 min nəfərlik qoşuna qarşı igidliklə vuruşur.
1854-cü ildə çeçen milis alayı da Fərəc bəyin sərəncamına verilir. İstedadlı komandan kimi ad-san qazanan həmyerlimiz “Cəsurluğa görə”, “Müqəddəs Anna”, ikinci dəfə “Müqəddəs Anna” ordenləri, eyni zamanda “İmperator tacı” ilə mükafatlandırılır.
F. Ağayev 1856-cı ildə general-mayor rütbəsinə yüksəlir. 40 ilə yaxın orduda xidmət edən həmyerlimizə general-leytenant rütbəsi də verilir. O, elə bu rütbədə də pensiyaya çıxır, ömrünün sonuna kimi Tiflis Xeyriyyə Cəmiyyətində çalışır, 1891-ci il noyabrın 26-da, 80 yaşında dünyasını dəyişir.
Allah rəhmət eləsin!
Hörmətli müəllif,tarixi məlumatlara görə Fərəc bəy Zərdabda yox Şuşada anadan olub polkovnik Aslan bəyin qardaşıdır.
Николай Николаевич Агаев (Фараджулла Бек Ага Ирза Бек оглы, Фарадж Бек Агаев) — российский военачальник, генерал-лейтенант.
Фараджулла Бек Ага Ирза Бек оглы родился 4 декабря 1814 года в Шуше в знатной семье. 1 мая 1834 года начал службу в Закавказском конно-мусульманском полку, в Варшаве. 27 июля 1838 года «за отличие по службе» произведён в прапорщики.
Весной 1840 года корнет Фараджулла Бек Ага Ирза Бек оглы в составе вновь сформированной Лейб-гвардии Команды мусульман Собственного Его Императорского Величества Конвоя был отправлен в Петербург. 27 апреля 1844 года штабс-ротмистр Фарадж-бек Агаев принял православие. Восприемниками были император Николай I и цесаревна Мария Александровна. При крещении получил имя Николай Николаевич. Переведён в Лейб-гвардии Казачий полк. В 1847 году ротмистр Агаев, командир лейб эскадрона Л-гв. Казачьего полка. 6 декабря 1849 года был произведён в полковники.
В 1850 году Агаев был направлен в Отдельный Кавказский корпус. В 1853 году, в начале Крымской войны, полковник Агаев сформировал из азербайджанцев жителей Карабаха иррегулярный конный полк. В 1854 году к полку Агаева присоединился милицейский полк осетин. За отличие в Восточную (Крымскую) войну полковник Николай Агаев был удостоен 5 ноября 1856 года золотой шашки с надписью «За храбрость».
25 июня 1862 года он был произведён в генерал-майоры. В 1864 году Шахом персидским был награждён орденом Льва и Солнца 2-й степени со звездой. В 1872 году был пожалован турецким султаном орденом Меджидие 1-й степени. Помимо этого был награждён орденом Святого Владимира 3-й степени(1859), орденом Святого Станислава 1-й степени (1866), орденом Святой Анны 1-й степени с мечами (1868).
29 ноября 1882 года состоявший по армейской кавалерии при войсках Кавказского военного округа генерал-майор Н. Агаев был произведён в генерал-лейтенанты «с увольнением от службы с мундиром и пенсионом». До конца жизни состоял в Тифлисском Мусульманском Благотворительном Обществе. Скончался 26 ноября 1891 года.
Comments are closed.