Zərdab şəhərində və Hüseynxanlı kəndində ümumi orta məktəblər üçün hər biri 80 şagird yerlik yeni modul tipli məktəb binaları istifadəyə verilib.
Zerdab.com saytına verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 mart 2018-ci il tarixli sərəncamına əsasən quraşdırılan binalar ən müasir avadanlıqlarla təmin olunub.
Açılış mərasimlərində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev müəllim və şagirdləri, valideynləri yeni məktəb binalarının açılışı münasibətilə təbrik edib, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Açılışı bildirəm rəmzi lentlər kəsildikdən sonra iştirakçılar binalarda yaradılan şəraitlə tanış olublar.