Dəli Quşçu kəndi rayon mərkəzindən 3 kilometr aralıda, Zərdab-Mollakənd yolunun kənarında yerləşir. Deyilənə görə Dəli Quşçu kəndi Quşçu adlanan qədim tayfanın Dəli Quşçu qoluna mənsub ailələr tərəfindən salınmışdır. Bu yaşayış məntəqəsi XX əsrə qədərki sənəd və materiallarda Lələhmədli kimi qeyd olunmuşdur. Yeri gəlmişkən deyək ki, Lələ Əhməd XVI əsrdə yaşamış, dövrünün ən nüfuzlu şəxslərindən olmuşdur. Dəli Quşçu kəndinin yaxınlığından Şah yolu adlanan qədim yol da keçir. Bu yolun Şamaxıya – Şirvanşahların iqamətgahına gedən yol olmuşdur. Şah özü də dəfələrlə bu yoldan keçib getmişdir.
Kənddə hələ də sirri açılmamış, çoxlu insan sümükləri olan Ağtəpə adlı bir böyük, bir kiçik təpə də var.
Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, ATS, xidmət obyektləri var.
Burada əhalinin əsas məşğuliyyət növü heyvandarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluqdur.
Qeyd edək ki, indiki Ermənistan adlanan keçmiş Azərbaycan ərazilərində, o cümlədən Dərələyəz, Sürməli mahallarında Quşçu adlı kəndlər olmuşdur. Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında, İrəvan əyalətinin Məzrə və Karbi nahiyələrində də Quşçu adlanan kəndlər varmış. Hazırda Daşkəsən rayonunda Quşçu qəsəbəsi, Yevlax, Tovuz, Şamaxı, Laçın, Göygöl və Dəvəçi rayonlarında bu adda kəndlər var.
Ərazisi 2214, hektar
Əhalisi 1302 nəfər
Salam!Çox sağ olun.
Butun Musayevlere salam
mende o kenddenem bizim kendimiz cox gozel sefali maraqli qisacasi ela kenddir
butun Selimovlara salam
musayevlere salamlar
salam millet
salam deliquscu milleti necesiniz.musayevlere salam
salam kent gozeldi yolu yoxdu
bizim kendin futbol stadyonu yoxdu idnam komtesinden xayis olnur bu meselye diqet yetirsinler 2214 hektar yerden bir hektar yaqinki taplar 1310 saknin olan bir kendin mene ele gelir stadyonu olmaldi
əziz kend icra numeyendesi sizden ve kend belediyyesinden xayis olnur yolla diqet edin
Deliquscu muasirliyin merkezidir amma nese diqqetden kenardadi.
Comments are closed.