“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01.05.2019-cil tarixdən “Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi” adlı layihənin icrasına başlamışdır.
Zerdab.com saytına verilən məlumata görə, layihənin məqsədi sosial xidmət sahəsində könüllülük fəaliyyətini təbliğ etməklə gəncləri çətin həyat şəraitində olan insanların sosial məsələlərinin həll edilməsinə cəlb etməkdən ibarətdir.
Bildiyimiz kimi, gənclər böyük potensiala malikdirlər. Gənclər öz potensiallarını, bacarıqlarını sosial fəaliyyətə, faydalı işlərə sərf etməzlərsə sabah bu boşluğu pis vərdişlər və ziyanlı həyat tərzi dolduracaqdır. Bu baxımdan da gəncləri sosial xidmət sahələrində könüllü fəaliyyətə cəlb etmək cox əhəmiyyətlidir. Digər tərəfdən onların potensiallarını çətin həyat şəraitində yaşayan insanların sosial məsələlərinin həll edilməsinə cəlb edilməsi cəmiyyətin inkişafına yönlənmiş bir fəaliyyət olardı ki, bununla da biz cəmiyyət olaraq bir çox faydalar əldə etmiş olarıq. Gənclər regionda çətin həyat şəraitində yaşayan şəxslərə evdə sosial xidmət göstərilməsi sahəsində yaxından iştirak edər, cəmiyyətin inkişafına öz töhvələrini verərlər.
Qeyd edək ki, laiyhənin icra müddəti 4 aydır. Layihənin Zərdab, Ucar və Laçın (Taxta körpü ərazisi) rayonlarında keçirilməsi planlaşdırılmışdır.