Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Zerdab.com saytı xəbər verir ki, açıqlanan cədvələ istinadən xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov Zərdab sakinləri ilə görüşəcək.
Qəbul Göyçay şəhərində, mayın 24-də baş tutacaq.
Xatırladaq ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.