Zərdabın Körpükənd kəndi ərazisində vaxtilə qədim şəhər olub – Tacirlər bura gələrmiş

0
385
Zerdab-Korpukend-Berzenc-Berzend-Berdic

İndiki Zərdab rayonunun yerləşdiyi ərazidə əsrlər öncə iri yaşayış məntəqəsi və şəhərlər mövcud olub. Bunlardan biri də Bərzəng şəhəridir. Bu qədim şəhərin adı mənbələrdə bəzən Bərzənc, Bərzənd və yaxud Bərdic kimi çəkilir.

Tarixi faktlardan belə məlum olur ki, indiki Zərdab ərazisində mövcud olmuş bu şəhər X-XIII əsrin ən böyük şəhərlərindən biri imiş.

X-XIII əsrlərdə bu şəhərə uzaq-uzaq ellərdən alış-verişə gələrmişlər. Bu şəhər tacirlərin qazanc yerlərindən biri imiş.

O da qeyd olunur ki, həmin dövrdə bu şəhərin adı Təbriz, Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə yanaşı çəkilərmiş. Bərzəng şəhəri Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur.

Zerdab.com