Zərdab rayonunun Məmmədqasımlı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
Çıxış edən kənd sakinləri onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər, görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.