Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ərzaq təhlükəsizliyində aqroparkların mühüm önəm daşıdığını bildirmişdi.
“Mən hesab edirəm ki, aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik”,-deyə dövlət başçısı vurğulamışdı.
Zerdab.com saytı xəbər verir ki, ötən müddət ərzində Zərdab rayonunda da aqropark yaradılıb. Aqroparkın 3000 hektar əkinə yararlı torpaq sahəsi var.
Zərdab rayonunda aqropark “Aqrobaz” MMC tərəfindən yaradılıb.
Aqroparka bir müddət öncə 86 adda müxtəlif texnika, o cümlədən 13 ədəd traktor, 7 ədəd səpin aqreqatı və sair alınıb.
2018-ci ildə “Aqrobaz” MMC tərəfindən aqropark ərazisində 250 hektar sahədə taxıl, 1500 hektar sahədə yonca, 60 hektar sahədə pambıq, 155 hektar sahədə qarğıdalı əkilib.
Burada, habelə tut tingi yetişdirilir.
Zerdab.com