Prezident İlham Əliyevin 16.03.2018-ci il tarixli sərəncamına uyğun olaraq Zərdab rayonunun 5 kəndində modul tipli məktəblər tikilir.
Zerdab.com saytı xəbər verir ki, bu məktəblər rayonun Siləyli, Hüseynxanlı, Nəzəralılı, Sarıqaya kəndləri və Zərdab şəhərində inşa olunur.
- Zərdab rayonunun Siləyli kəndində tikilən modul tipli məktəb 20 şagird yerlik olacaq.
- Zərdab şəhərində tikilən modul tipli məktəb 80 şagird yerlik olacaq.
- Zərdab rayonunun Hüseynxanlı kəndində inşa edilən modul tipli məktəb 80 şagird yerlik olacaq.
- Zərdab rayonunun Nəzəralı kəndində inşa edilən modul tipli məktəb 20 şagird yerlik olacaq.
- Zərdab rayonunun Sarıqaya kəndində tikilən modul tipli məktəb 96 şagird yerlik olacaq. Zerdab.com