Bu gün Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından 3 il ötür.
Zerdab.com xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olanlardan biri də Zərdabın igid oğlu Nurlan Abdullazadə idi.
2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa
vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab
rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, ailənin yeganə oğul
övladı, gizir Abdullayev Nurlan Rasim oğlu aprelin əvvəlində Tərtər bölgəsində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində torpağa tapşırılıb.
Nurlanın nəşi 2016-cı il aprelin 5-də doğulduğu Böyük Dəkkə kəndinə gətirilərək Təzəkənd kənd qəbristanlığında dəfn olunub. Zərdablı şəhid gizir Nurlan Abdullazadə aprel döyüşlərindəki qəhrəmanlığına görə ölkə Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla (ölümündən sonra) təltif edilib.