Prezidentin əfv etdiyi şəxslər arasında həmyerlimiz varmı?

0
55

Prezident İlham Əliyevin 16 mart, 2019-cu il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamına əsasən, azadlığa buraxılmış şəxslər arasında Zərdab Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş şəxs də var.

Zerdab.com saytı xəbər verir ki, sözügedən şəxs Niftalıyev Nurlan Səfiyar oğludur.

N. Niftalıyev 1988-ci ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. O, Zərdab Rayon Məhkəməsinin 2017-ci il 2 fevral tarixli hökmü ilə məhkum edilmişdi.