Eldar və Nigarın Zərdaba gəlmək vədindən 1 il ötür…

0
52

“Eurovision-2011” mahnı müsabiqəsində ölkəmizə birincilik qazandırmış Eldar Qasımov və Nigar Camal hələ ötən il avqust ayında Göyçay və Zərdab rayonlarına gedəcəklərini bildirsələr də vədlərinə əməl etməyiblər. www.zerdab.com saytının məlumatına görə, hələ o vaxt müğənnilərin prodüseri İsa Məlikov bildirmişdi ki, səfərin məqsədi bu rayonlarda “Eurovision-2011″də qələbə qazandığımız gündə anadan olmuş və qaliblərin şərəfinə Eldar və Nigar adı verilən yeni doğulmuş körpələrin ailələrinə baş çəkməkdir.
www.zerdab.com saytı xatırladır ki, “Eurovision-2011” mahnı yarışmasında birincilik əldə edilən gün, yəni mayın 15-də möhtəşəm qələbə münasibəti ilə Göyçayda və Zərdabda yeni doğulan körpələrə Eldar və Nigar adları qoyulmuşdu.
Belə ki, Göyçay rayonunun Qarabaqqal kənd sakinləri Əliyev Tərlan və Əliyeva Cəmalənin qız övladlarına Nigar, Zərdab şəhər sakinləri Hüseynov Ruslan və Hüseynova Reyhanın oğlan paylarına isə Eldar adı verilmişdi. Ancaq həmin vaxtdan bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Eldar və Nigar vədlərinə əməl etməyiblər. Hər halda onların hər iki rayona səfəri maraqlı olardı…

www.zerdab.com