Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəməni alanlardan biri də Zərdab rayonundan şəhid olmuş hərbi qulluqçu Soltanov Müqtədir Soltan oğlunun atası Soltan Soltanovdur.
S. Soltanov deyib: “3 övladım var. Lakin yaşımla əlaqədar olaraq səhhətimdə yaranan problemlərin həli üçün maliyyəyə ehtiyac olduğundan övladlarım tək mənim vərəsəlik hüququna malik olmağımı istədilər. Artıq pulumu almışam və sağlamlığımla əlaqədar müalicə işlərinə başlamışam. Ölkəmiz müharibə şəraitində olan bir ölkədir və bizə göstərilən diqqət əlbəttə ki, səngərdə olan hərbçilərimizi ruhlandırır. Çünki, onlar bilir ki, Azərbaycan dövləti şəhidlərini, hərbi qulluqçularını yüksək qiymətləndirir”.