Prezident Zərdab-Qaravəlli yolunun tikintisinə yenidən pul ayırdı – Sərəncam

0
84

Prezident İlham Əliyev yanvarın 9-da “Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Zerdab.com xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 8-də də “Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdı.

Sənədə əsasən, Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdı.