“Zərdabi ənənələrini yaşatmaq borcumuzdur”

0
50
mekteb-muellim-tehsil-zerdab-qoruqbagi-orta-tehsil

Əslən Zərdab rayonunun Qoruqbağı kəndindən olan, hazırda Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyən Məryəm Xəlilova.

mekteb-muellim-tehsil-zerdab-qoruqbagi-orta-tehsil4

Xəlilova Məryəm Nurəddin qızı Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. 1973-cü ildə Zərdab rayonunun Qoruqbağı kənd orta məktəbini bitirib. Ağdaş Pedaqoji Texnikomunu bitirdikdən sonra – 1975-ci ildə Zərdab rayonunun Sarıqaya kəndində 8 illik məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Bakı şəhəri, Binəqədi rayonu Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Məryəm müəlliməyə işlərində yeni-yeni uğurlar arzulayırıq.

Öz el-obasına, doğulduğu yurda bağlı olan Məryəm müəllimə: “Həsən bəy Zərdabinin adını daşıyan bir rayonda doğulduğuma görə fəxr edirəm. Zərdabi ənənələrini yaşatmaq hər birimizin borcudur. Həsən bəy soydaşlarımızı savadlı, cəhalətdən uzaq görmək istəyirdi, bizim də borcumuz o amala xidmət etməkdir”,-deyir.

mekteb-muellim-tehsil-zerdab-qoruqbagi-orta-tehsil1

Zerdab.com