Zərdabda 53 nəfər qan verib

0
49

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun ölkəmizin ayrı-ayrı bölgələrində keçirdiyi qanvermə aksiyası davam edir. Aksiya talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə həyata keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Zerdab.com-a verilən məlumata görə, növbəti aksiyanın marşrutu Zərdab rayonuna olub.

Zərdabda qanvermə aksiyasında iştirak edən 53 donordan qan analizləri götürülərək laborator müayinəyə göndərilib.