Zərdabın Gəlmə kəndində uşaq bağçasının tikintisi yekunlaşır

0
44

Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə ayrılan 963 min manat vəsait hesabına Zərdab rayonunun Gəlmə kəndində inşa edilən 60 yerlik körpələr evi-uşaq bağçasında son tamamlama işləri görülür.

Yeni körpələr evi-uşaq bağçası ikimərtəbəlidir. Bina Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən inşa olunur. Müasir arxitektura üslubunda tikilən binada balacalara hərtərəfli xidmət üçün bütün şərait yaradılacaq.

Balacalara gözəl hədiyyə olacaq uşaq bağçası-körpələr evinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.