Zərdabda maarifləndirmə tədbiri davam etdirilir

0
69
“Gəncliyə dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Radikal dini cərəyanlarla mübarizədə dini icmaların fəaliyyətinin gücləndirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi icra planına müvafiq olaraq davam etdirilir.
Zerdab.com saytına verilən məlumata görə, layihənin məqsədi radikal dini cərəyanlarla mübarizədə dini icmaların fəaliyyətinin gücləndirilməsindən ibarətdir. Layihədə bu məqsədilə dini icmalar radikal dini qrupların ideoloji əsasları və mənfi təzahürləri barədə maariflənədirilir və onlara radikal cərəyanlara qarşı mübarizədə dörd praktik metoddan – maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan nece istifadə etmələri öyrədilir. Layihə Zərdab rayonunun icmalarını əhatə etməklə 3 ay müddətinə icra olunacaqdır. Layihə zamanı icmalarla maarifləndirici görüşlər keçirilir və maarifləndirici bukletlər paylanılır.
Belə görüşlərdən biri  17 avqust 2018-ci il tarixdə Zərdab şəhər “Cümə” məscidinin mərasim zalında şəhər “Cümə” məscidinin dini icmasa ilə baş tutub.
Tədbirdə layihə rəhbəri, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov və təlimçi Babək Mikayılov dini icma üzvlərinə radikal dini qrupların ideoloji əsasları və mənfi təzahürləri barədə məlumatlar veriblər və onlara radikal cərəyanlara qarşı mübarizədə dörd praktik metoddan – maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan nece istifadə etmələri öyrədilib.
Tədbirdə Zərdab şəhər “Cümə” məscidinin dini icmasının sədri, Axund Feyzulla Tağıyev və rayonun əfəndisi Şahsuvar Əmiraslanov iştirak etdilər və onlar ölkədə dövlətin dinin inkişafına göstərdiyi qayğıdan və radikal dini cəryanlarla icmanın apardığı mübarizədən danışıblar.