Zərdabda radikal dini cərəyanlarla mübarizə ilə bağlı tədbir keçirilib

0
53
zerdab-qoruqbagi-tedbir

“Gəncliyə dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Radikal dini cərəyanlarla mübarizədə dini icmaların fəaliyyətinin gücləndirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icra planına müvafiq olaraq 16 avqust 2018-ci il tarixdə saat 10:00-da Zərdab rayon Qoruqbağı kənd məscidi icması ilə, 16 avqust 2018-ci il tarixdə saat 11:30-da Zərdab rayon Pərvanlı kənd məscidi icması ilə görüşlər keçirilib.

Birlikdən Zerdab.com saytına verilən məlumata görə, ümumilikdə tədbirlərdə 35 dini icma nümayəndəsi iştirak edib.
Tədbirdə layihə rəhbəri, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov və təlimçi Babək Mikayılov dini icmaların radikal cərəyanlarla mübarizədə fəaliyyətinin gücləndirilməsi məqsədilə onlara radikal dini qrupların ideoloji əsasları və mənfi təzahürləri barədə məlumatlar veriblər.

Tədbir iştirakçılarına radikal cərəyanlara qarşı mübarizədə dörd praktik metoddan – maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan nece istifadə etmələri öyrədilib. Tədbirdə iştirakçılara təlim materialları və bukletlər paylanılıb.

zerdab-qoruqbagi-tedbirzerdab-qoruqbagi-tedbirzerdab-qoruqbagi-tedbir