Zərdab rayonunun Əlvənd kəndindən olan, Dövlət yol polisinin Bakı şəhəri Xətai rayon şöbəsində xidmət edən Quliyev Rahib Nəcəf oğlu vəfat edib. Əzizlərinin Zerdab.com saytına verdikləri məlumata görə, Rahib Quliyev cərrahiyyə əməliyyatından sonra narkozdan ayılmayıb. O, el-obasına bağlı, Zərdabı heç vaxt unutmayan, həmyerlilərinə həmişə hörmət edən bir insan idi. Rahib Quliyevin cavan yaşda qəfil dünyasını dəyişməsi ilə əlaqədar ailəsinə, əzizlərinə, dostlarına başsağlığı veririk. Allah rəhmət eləsin.