Zərdab rayonunun 433 nəfər əhalisi olan Şıxbağı və 264 nəfərin yaşadığı Nəzəralılı kəndlərinin qazlaşdırılması işləri yekunlaşıb. Kəndlərin qazlaşdırılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən həyata keçirilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, hər iki kənd üzrə ümumi uzunluğu 17 min 323 metr olan müxtəlif diametrli metal və polietilen borular çəkilib, 131 ədəd sayğac qoyulub, bir o qədər də fərdi qaz tənzimləyicisi quraşdırılıb. Habelə, hər kəndə bir ədəd qaz tənzimləyicisi şkafı qoyulub.
Qaz xətlərinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
(Azərtac)