İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının Şura iclası keçirilib. İclasda ilk partiya təşkilatının sədrləri və yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından nümayəndələr iştirak ediblər. YAP Zərdab rayon təşkilatından www.zerdab.com saytına verilən məlumata görə, Şuranın gündəliyində bir sıra məsələlər müzakirə olunub.
Belə ki, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova 28 aprel 2012-ci il tarixli VII konfransının tələbləri baxımından partiya sıralarına qəbulun yaxşılaşdırılması sahəsində ilk partiya təşkilatlarında görülən işlərin vəziyyəti haqqında məruzə edib. Pərvin Mahmudova həmçinin idarə heyətinin tərkibinə yeni üzvlərin qəbulu, Sədrin müavinlərinin təyin edilməsi barədə məruzə edib. Məruzə ətrafında çıxışlar olub və qərar qəbul edilib.
www.zerdab.com