Zərdab rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb. Zerdab.com saytı Reporta-istinadən xəbər verir ki, “VAZ-2107” və “Daewoo Nexia” markalı minik avtomobilləri toqquşub.
Nəticədə “Daewoo Nexia”nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır.
Onlar xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.