Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Zərdab rayonunda xeyli iş görülüb. Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, 2016-cı ildə bölgü üzrə rayon üçün 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılıb. Normal bəsləmə aparılıb, nəticədə 5710 kq barama yığılaraq “Şəki-İpək” ASC-yə təhvil verilib və kümçülərə 45680 AZN vəsait ödənib, 225 nəfər rayon sakini mövsümü işlərdə çalışıb.
2017-ci ildə bölgü üzrə 480 qutu (9120 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılıb, normal bəsləmə aparılıb, nəticədə 27 ton 55 kq barama tədarük olunub ki, bu da əvvəlki ilin göstəricisindən 4 dəfə çoxdur. Rayon üzrə proqnoz tapşırığa 112,7 faiz əməl edilib. Bu, respublikada ən yüksək göstəricidir. Barama qurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışıb, təhvil verilmiş baramaya görə kümçülər 243 min manat vəsait alıblar. Barama istehsalçıları ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib, ən yüksək nəticə əldə etmiş baramaçılara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.
Barama tədarükü sahəsində yüksək nəticə əldə etdiyinə görə Prezident cənab İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə rayonun Məlikli kənd sakini Abbasov İsrayıl İsmayıl oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
2017-ci ilin avqustunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 2018-ci ildə zərdablıların 50 ton barama təhvil verəcəyi barədə ölkə başçısı qarşısında öhdəlik götürüb.
Bu sahənin inkişafına göstərilən dövlət qayğısından ruhlanan zərdablılar 2018-ci ildə 1300 qutu (24700 qram) barama qurdu qəbul edərək normal bəsləmə aparıb, nəticədə 53 ton 880 kq barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olublar. Bu sahədə 2 min nəfərdən çox rayon sakini mövsümi işlərlə təmin olunub.
Zərdab rayonu üzrə 2018-ci ildə ən çox barama təhvil vermiş kümçülər barədə məlumat
S/s | İnzibati ərazi dairəsi | Kümçünün soyadı, adı, atasının adı | Təhvil verilmiş barama (kq) | Qeyd |
|
Zərdab şəhəri | Aslanov Namiq Nəriman oğlu | 571,00 | |
|
Məlikli | Abbasov İsrayıl İsmayıl oğlu | 518,00 | |
|
Şıxbağı | Xəlilov Surxay Xəlil oğlu | 355,00 | |
|
Alıcanlı | Cavadov Ərşah Cavad oğlu | 337,00 | |
|
Pərvanlı | Abdulov Mahmud Maqsud oğlu | 330,00 | |
|
Bıçaqçı | Yusifov Çingiz Seyidağa oğlu | 284,00 | |
|
Gəlmə | Ələkbərov Tural Rafael oğlu | 274,00 | |
|
Gödəkqobu | İxtiyarov Kapitay Xalid oğlu | 267,00 | |
|
Əlibəyli | Mikayılov İlşad Fikrət oğlu | 261,00 | |
|
Gəlmə | Teymurzadə Teymur Abdul oğlu | 246,00 |
Zərdab rayonu üzrə 2018-ci ildə ən çox barama təhvil vermiş inzibati ərazi dairəsi üzrə nümayəndəliklər barədə məlumat
S/s | İnzibati ərazi dairəsi | Təhvil verilmiş barama (kq) | Qeyd |
1 | Şıxbağı | 4597,5 | |
2 | Şahhüseynli | 4004 | |
3 | Bıçaqçı | 3427 | |
4 | Əlvənd | 3048 | |
5 | Məlikli | 2904 | |
6 | Şəftəhal | 2524 | |
7 | Körpükənd | 2462 | |
8 | Alıcanlı | 2426 | |
9 | Məmmədqasımlı | 2147 | |
10 | Dəli Quşçu | 1965 |