Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan daha biri ölüb.
Kürdəmirdə ötən gün baş verən yol qəzasında ağır xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 1951-ci il təvəllüdlü Mənsimə Həsənova orada vəfat edib.
Qeyd edək ki, Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı iki minik maşının toqquşub.
Nəticədə Zərdab rayon sakini, 1943-cü il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov ölüb.
Kürdəmir rayon sakinləri- Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofeliya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri-11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova, 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
APA