Prezident həmyerlimiz İnqilab Muradovu Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini təyin etdi

0
341
daxili qosunlar-inqilab-muradov

Prezident İlham Əliyev Zərdabın yetirməsi Muradov İnqilab Heydər oğlu ilə bağlı yeni sərəncam imzalayıb. Zerdab.com saytı xəbər verir ki, dövlət başçısı İlham Əliyev İnqilab Muradovu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin edib.

Qeyd edək ki, Muradov İnqilab Heydər oğlu 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. Uşaqlıq illərindən hərbiyə böyük maraq göstərib. Odur ki, 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirir. Polkovnik Muradov İnqilab Heydər oğlu hazırda N saylı hərbi hissədə briqada komandiridir.

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 30 iyun, 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev İ. Muradovun nümunəvi xidmətini nəzərə alaraq onu 2007-ci ildə Bakı şəhərində mənzillə təmin edib.

Həmyerlimiz İnqilab Muradov “Qüsursuz xidmətlərə görə”, “Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.

Dəyərli həmyerlimizə şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.