Zərdabda ilk dəfə səs verəcək gənclərə təlim keçirilib

0
54

Zərdabda ilk dəfə səs verəcək gənclərə təlim keçirilib. Zerdab.com saytına verilən məlumata görə, təlimdə seçki hüququndan düzgün istifadə etmə, seçkinin əhəmiyyəti, səsvermə günü seçicinin seçki məntəqəsində davranış qaydaları barədə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Zərdab Rayon Ağsaqqallar Şurasının üzvü Rasim Hüseynov, “Region Gənclərinin İnkişafına Töhfə” və “Gəncliyə Dəstək” İctimai Birliklərinin nümayəndələri iştirak və çıxış ediblər. Təlimdə Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış “Sənin səsin, sənin gələcəyin” adlı maarifləndirici slayddan istifadə olunub və eyni adlı maarifləndirici bukletlər təlim iştirakçılarına paylanılıb. Sonda ilk dəfə səs verəcək gənclər arasında təlimdə əldə etdikləri məlumatlarla bağlı viktorina təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanıb çap olunmuş “Sənin səsin, sənin gələcəyin” adlı maarifləndirici bukletlər müxtəlif vaxtlarda rayon ərazisində gənclər arasında paylanılıb.