Zərdabda niyə Olimpiya Kompleksi yoxdur? – Gənclər soruşur

2
49

İyunun 7-də Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi rayonunda Olimpiya İdman kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Jurnalistlərə açıqlama verən Azad Rəhimov bildirdi ki, bu günədək respublikada 34 olimpiya-idman kompleksi istifadəyə verilib, 9 mərkəz hazırda tikilir, iyunun 6-dan etibarən 2 kompleksin inşasına start verilib. Ağcabədi Olimpiya İdman kompleksi 5 hektar ərazini əhatə edəcək. Tikilinin öz sahəsi 6500 kvadratmetri əhatə edəcək ki, bura 3 mərtəbəli bina, 1000 nəfər tamaşaçı tutumu olan futbol meydançası, voleybol meydançası, tennis kortu, Olimpiya parkı və başqa yardımçı tikililər daxildir. Tikinti işlərinin 20 aya başa çatdırılması nəzərdə tutulub. Zərdablı gənclər olaraq bizlər də çox istərdik ki, rayonumuzda Olimpiya İdman Kompleksi inşa edilsin. Bu, Zərdab rayonunda idmanın inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Halbuki, ətraf rayonların hər birində Olimpiya İdman Kompleksləri var və ya tikilir. Bəs Zərdab rayonunda Olimpiya İdman Kompleksinin heç olmasa, yaxın gələcəkdə inşası nəzərdə tutulurmu? Planda, proqramda bu obyektin tikilməsi də varmı?
Rayonumuzun bu işə məsul şəxsləri, yaxud bu sahə ilə bilavəsitə bağlılığı olanlar bu sualımızı cavablandırsalar, www.zerdab.com saytı olaraq həmin cavabı məmnuniyyətlə oxucularımızla bölüşərik.

www.zerdab.com

2 ŞƏRH

  1. Zennimce sheher merkezinde tikilmish acilisha tam hazir olan Gencler Merkezi rayon genclerimizin asude vaxtinin semereli teshkiline bir tohfedir. Burada da iclas zali, shahmat otaqi, komputer otaqi, gulesh zali, tennis zali, dush otaqi, bilyard zali vardir. Inshallah yaxin zamanlarda acilishi olar ve gencerimizin ixtiyarina veriler. Zennimce helelik bu Merkez Zerdab ucun kifayetdir. Cunki Heyder parkinda tikilmish ve acilisha tam hazir olan (sheherde yashayanlar bilir) Heyder Eliyev Merkezi, Veteranlar Evi, Yaradiciliq Evi de butun rayon sakinleri kimi genclerimizin de ureyincedir.

Comments are closed.