Həsən bəy Zərdabi muzeyində anım tədbiri keçirilib

0
42

Zərdab rayon Həsən bəy Zərdabi muzeyində 31 mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar tədbir təşkil olunub. Muzeydən Zerdab.com saytına verilən məlumata görə, tədbirdə öncə vətəni uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Zerdab-Muzey

Tədbirdə çıxış edən muzeyin əməkdaşları və tədbir iştirakçıları vurğulayıblar ki, Bakıda və respublikamızın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında dərin iz buraxıb. Zaman-zaman Azərbaycan ərazisində qanlı hadısələr törədən erməni cəlladlarının bu vəhşiliklərini dünya ictimaiyyətinə çatdırıb, onları bu barədə məlumatlandırmalıyıq.

Daha sonra tədbirdə Zərdab şəhər 3 saylı orta məktəbin 5-ci sinif şagirdləri “Şəhid qanı” adlı kompozisiya ilə çıxış ediblər.

Zerdab-Muzey

Zerdab-MuzeyZerdab-Muzey