Zərdab rayonunda əlil gənclərə kompüter biliklərinin öyrədilməsi məqsədi ilə təlimlər təşkil olunacaq.
Zərdab.com saytına verilən məlumata görə, təlimlərin təşkilində məqsəd əlil gənclərin işsizlik probleminin həllinə dəstək, onlara iş tapmalarına yeni imkanlar açacaq müasir kompüter proqramlarını öyrətmək, elə evlərindəcə kompüterdən yararlanmaqla internet vasitəsi ilə sifarişlər qəbul edib gəlir əldə etmələrini təmin etməkdir.
Təlimlər pulsuz olacaq. Təlimləri bitirən gənclərə müvafiq sertifikatlar veriləcək.
Təlimlərdə iştirak etmək istəyənlər üçün tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsinin sürəti, əlilliyi təsdiq edən sənədin sürəti və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin sədrinin adına ərizə.
Təlim iştirakçılarının yaş həddi: 18-29.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi tərəfindən həyata keçiriləcək.
Əlaqələndirici şəxs Nicat Rəhimov. Telefon: 0507359635